Manat möhkəmlənirmi? Azərbaycanda pul bazası 6% artıb

Azərbaycanda pul bazası 2025-ci il dekabrın 1-nə 22 milyard 128.4 milyon manat təşkil edib.

Rock.News xəbər verir ki, bu göstərici ötən aya nisbətən 3,4% (733 milyon manat), ilin əvvəlinə nisbətən isə 5,8% artıb.

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst və məcburi ehtiyatları) daxildir.