Fransız Əsgərləri Ukraynaya Göndərilməkdən Qorxur: «Bizi Qırğın Gözləyir»

Fransa ordusunda xeyli sayda hərbçi, ölkələrinin Ukraynaya kontingent göndərməsi və bununla da Rusiya ilə münaqişəyə girməsi ehtimalından ciddi narahatdırlar.

Rock.News xəbər verir ki, bu barədə «Le Journal du Dimanche» nəşri fransız leytenantının sözlərinə istinadən məlumat yayıb.

Leytenantın fikrincə, belə bir qərar Fransa üçün ağır itkilərə səbəb ola bilər:

«Əgər bizi ora göndərsələr, fransız əsgərlərini əsl qırğın gözləyir».

Nəşrin digər mənbəsi qeyd edib ki, mövcud şərtlər daxilində Fransa Ukrayna cəbhəsində qarşılaşacağı vəziyyətə tam hazır olmaya bilər. Məqalədə bildirilir ki, Fransa Silahlı Qüvvələri artıq Ukraynaya xas döyüş şəraiti üzrə hazırlıq keçir. Hərbçilər səngərlərdə döyüş təlimləri alır, radioelektron mübarizə vasitələrindən istifadə edir və pilotsuz aparatlarla taktiki məşqlər həyata keçirirlər.