Fransada şok həbs: İsrailə terror hazırlayan yeniyetmələr yaxalandı
Fransada İsrail ilə əlaqəli obyektlərə terror hücumları hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs olunub.
Oxu: ~11 san.
Rock.News xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.
Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları şübhəliləri noyabrın 26-da yaxalayıb. Dekabrın 1-də hər iki şəxsin barəsində rəsmi ittiham irəli sürülüb və məhkəmə qərarı ilə onlar həbs olunublar.