«Fitch» xəbərdarlıq etdi: Azərbaycan bankları üçün proqnozlar necədir?
Rock.News xəbər verir ki, agentlik bankların mənfəətliliyinin yüksək olmasını və riskli aktivlərin artımının orta templə getməsini əsas gətirərək kapitallaşma göstəricilərində ciddi dəyişiklik gözləmir.
«Fitch»in qeyd etdiyi kimi, böyük banklarda dividendlərin ödənilməsi kapitallaşmaya təsir etsə də, bu təsir balanslaşdırılır. Agentlik 2026-cı ildə sektorun I dərəcəli kapital adekvatlığı əmsalının təxminən 14% səviyyəsində qalacağını proqnozlaşdırır. Bu göstərici Mərkəzi Bankın tələb etdiyi minimum göstəricidən xeyli yüksəkdir.
Hesabatda o da vurğulanır ki, bank sektorunda likvidlik yastıqları, o cümlədən xarici valyutada likvidlik güclü olaraq qalacaq. Sektor üzrə ümumi kreditlərin depozitlərə nisbətinin təxminən 80% səviyyəsində davam edəcəyi gözlənilir.