«Fitch» Azərbaycanda iqtisadi artım proqnozunu dəyişdi: Rəqəmlər açıqlandı
«Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Rock.News xəbər verir ki, agentlik 2025-ci il üzrə ölkədə real ÜDM-in artım proqnozunu 2,3%, 2026-cı il üzrə isə 2,5% səviyyəsində müəyyən edib.
Beləliklə, «Fitch» 2025-ci il üzrə iqtisadi artım proqnozunu 1,2% azaldıb, gələn il üçün isə proqnoz dəyişməz qalıb.
Xatırladaq ki, «Fitch Group»a daxil olan «Fitch Solutions» şirkəti bir neçə gün əvvəl Azərbaycanla bağlı iqtisadi artım proqnozunu bu il üzrə 2,6%, 2026-cı il üzrə isə 2,4% olacağını açıqlamışdı.