«Exxon Mobil» İraqda «Lukoil»-in nəzarət payını almaq istəyir – ŞOK!
ABŞ-ın «Exxon Mobil» şirkəti İraqın Neft Nazirliyinə müraciət edərək, Rusiyanın «Lukoil» şirkətinin nəhəng «Qərbi Qurna 2» neft yatağındakı nəzarət payını almaqda maraqlı olduğunu bildirib.
Rock.News xəbər verir ki, bu barədə «Reuters» mənbələrinə istinadən məlumat yayılıb. Məlumata görə, «Exxon Mobil» bununla bağlı şərh verməkdən imtina edib, «Lukoil» isə «Reuters»in şərh üçün müraciətinə cavab verməyib.
Qeyd edək ki, «Lukoil» şirkəti ABŞ-ın şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra beynəlxalq aktivlərini satmağa çalışır. ABŞ Maliyyə Nazirliyi potensial alıcılara 13 dekabra qədər «Lukoil» ilə danışmağa icazə verib, lakin onların konkret sövdələşmələr üçün təsdiqə ehtiyacı olacaq.