DSMF büdcəsi təsdiqləndi: Gələn il xərclər 8,4 milyard manata çatacaq
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Gələn il fondun xərcləri 8 milyard 483 milyon 70 min manat təşkil edəcək.
Rock.News xəbər verir ki, bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul olunub. Xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:
- DSMF-nin 2026-cı il büdcəsinin gəlirləri: 8 milyard 323 milyon 100 min manat;
- DSMF-nin 2026-cı il yanvarın 1-nə olan ehtiyatından maliyyələşdirilməyə yönəldilən vəsait: 159 milyon 970 min manat.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.