Dəmir yollarından şok gəlir: Sərnişin daşımaları rekord qırdı

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarından əldə olunan gəlirlər bu ilin ilk doqquz ayında 48,4% artaraq 12 milyon manatı keçib. Bu, illik müqayisədə xeyli yüksək göstəricidir.

Rock.News xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 8 135,7 min manat təşkil edirdi. Bu il isə dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 19,5% artaraq 7 156,8 min nəfərə yüksəlib.