Deputatlar 2026-cı ilin büdcəsini təsdiqlədi: Gəlirlər və xərclər açıqlandı
Milli Məclis 2026-cı ilin dövlət büdcəsi layihəsini ikinci oxunuşda qəbul edərək, gəlir və xərclərini müəyyənləşdirdi.
Rock.News xəbər verir ki, büdcənin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat olaraq proqnozlaşdırılır. Mərkəzləşdirilmiş gəlirlər 37 milyard 850 milyon 712 min manat, yerli gəlirlər 758 milyon 288 min manat təşkil edəcək.
Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 6 milyard manat olaraq təsdiq edilib. Dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 3 milyard manat səviyyəsində müəyyən olunub.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində nəzərdə tutulur.