Bayramovdan ŞOK Açıqlama: Peşələrin 40%-i Dəyişəcək!

2030-cu ildə indiki peşələrin tələblərinin 40%-i tamamilə dəyişəcək. Bu, sənaye sahəsində ciddi dönüş deməkdir.

Rock.News xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov məlumat verib.

Bayramovun sözlərinə görə, insan kapitalının inkişafı Azərbaycan dövlətinin prioritetidir. O, Dünya İqtisadi Forumunun təşəbbüslərinin Azərbaycana gətirildiyini və bacarıqların sürətləndirilməsi platformasının (Skills Accelerator) yaradıldığını qeyd edib. Bu platforma dövlət və özəl sektor arasında dialoqu təmin edir, 50-dən çox tərəfdaşla birgə sorğular və təhlillər aparır.

“4Sİ Akademiyası - Milli Proqram”ı üzrə əldə olunan nəticələrə toxunan Bayramov bildirib ki, istifadəçilər öyrənməyə 3 dəfə artıq vaxt sərf edirlər – 6 həftədə orta hesabla 9 saat.