Babayev: Vergi yükü qeyri-neft sektorunu dəstəkləyir – Açıqlama
Rock.News xəbər verir ki, bu barədə nazir Milli Məclisin iclasında «Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, ümumi iqtisadiyyatda vergi gəlirlərinin ÜDM-də payı 15,9 faizdir, yəni 16 faizdən azdır: «Bu o deməkdir ki, neft sektorunda daha yüksək, qeyri-neft sektorunda isə daha aşağı vergi rejimi var. Ona görə ümumi rəqəmimiz də cəmi 15.9 faizə bərabərdir. Biz region, post-sovet və inkişaf etməkdə olan ölkələrə baxdıqda görürük ki, vergi yükünün ÜDM-ə nisbəti əsasən 19-23 faiz arasındadır. Yəni bugün Azərbaycanın xüsusilə qeyri-neft sektoru üçün təqdim etdiyi vergi yükü kifayət qədər optimaldır, balanslaşdırılmış və qeyri-neft sektorunun inkişafını dəstəkləyən bir rejimdir».