Azərbaycan nefti bahalaşdı: Bir barel neçəyə satılır?
Azərbaycan neftinin orta qiyməti bu ilin 10 ayında açıqlanıb.
Rock.News xəbər verir ki, Milli Məclisin bugünkü iclasında 2026-cı ilin dövlət büdcəsi müzakirə olunarkən maliyyə naziri Sahil Babayev bildirib ki, bu ilin 10 ayında orta göstərici bir barel üçün təxminən 72 dolları keçib.
Nazir əlavə edib ki, cari il üçün neftin qiyməti 70 dollar səviyyəsində müəyyən olunmuşdu.