AMB Ukraynaya 140 Milyard Avro Kredit Verməkdən Niyə İmtina Etdi?

Avropa Mərkəzi Bankı (AMB) Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 140 milyard avro məbləğində kreditə zəmanət verməkdən imtina edib. Bu qərar Avropa İttifaqının Ukraynaya böyük həcmli maliyyə dəstəyi planlarını çətinləşdirə bilər.

Rock.News xəbər verir ki, bu barədə “Financial Times” qəzeti rəsmi şəxslərə istinadən məlumat yayıb. Qəzetin bildirdiyinə görə, kreditin təminatı kimi Rusiyaya məxsus dondurulmuş aktivlərdən istifadə olunması planı AMB-nin mandatı ilə ziddiyyət təşkil edir.

Məlumata əsasən, Avropa Komissiyasının təklif etdiyi “təzminat krediti” mexanizmi çərçivəsində AMB-nin zəmanət verməsi nəzərdə tutulurdu. Lakin Bank bu sxemin hüquqi və institusional çərçivələrinə uyğun olmadığını müəyyən edərək, təşəbbüsü dəstəkləməyib.