Aİ-dən Azərbaycan üçün yaşıl işıq: Avropaya enerji ixracı sürətlənir!
Rock.News xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Qərar transmilli enerji infrastrukturunun inkişafı məqsədilə qəbul olunub və ümumilikdə 235 layihəyə PCI və PMI statusu verilib.
Bu status layihələrə Aİ-nin “Connecting Europe Facility” (Avropanı Birləşdirən Mexanizm) çərçivəsində maliyyələşmə üçün müraciət etmək imkanı yaradır, həmçinin icazə-tənzimləmə proseslərini sürətləndirir.
Xatırladaq ki, Qara dəniz kabeli layihəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 2022-ci ilin dekabrında imzalanmış strateji əməkdaşlıq sazişinə əsaslanır. Layihə çərçivəsində Azərbaycan və Gürcüstanda istehsal olunan yaşıl enerji 1195 kilometr uzunluğunda dənizaltı kabel vasitəsilə Rumıniyaya, oradan isə Macarıstan və digər Avropa ölkələrinə ötürüləcək. Kabelin gücü 1000 MVt təşkil edəcək. Bolqarıstan da layihəyə qoşulmaqda maraqlı olduğunu bildirib.
2024-cü ilin sentyabrında Rumıniyanın “Transelectrica”, Gürcüstanın “Georgian State Electrosystem”, Azərbaycanın “AzərEnerji” və Macarıstanın MVM şirkətləri Qara dəniz altında kabelin quraşdırılması üçün birgə şirkət yaradıblar. Bu addım layihənin texniki və maliyyə baxımından reallaşdırılmasına doğru mühüm mərhələ hesab olunur.