Zərdab yollarına 2 milyon manat ayrıldı: Sərəncam imzalandı!
Zərdab rayonunun avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manat ayrılıb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Rock.News xəbər verir ki, sərəncamda Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə isə 2026-cı ilin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulması tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək üçün vəzifələndirilib. Ayrılan vəsait Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmirinə sərf olunacaq.