Murat Cemcir reanimasiyada: Aktyorun səhhəti pisləşdi

Türkiyəli məşhur aktyor Murat Cemcir reanimasiyaya yerləşdirilib. Aktyorun qəfil səhhətində yaranan problem pərəstişkarlarını narahat edib.

Rock.News xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, dünən evdə halı pisləşən aktyor təcili yardım vasitəsilə özəl xəstəxanaya yerləşdirilib. Ona daxili qanaxma diaqnozu qoyulub. Murat Cemcir Ahmet Kural ilə birlikdə rol aldığı “Çalgı Çengi” filmi ilə böyük rəğbət qazanıb. O, 2012-ci ildə “İşler Güçler” serialında, 2013-cü ilin sonunda isə Ahmet Kural ilə birgə “Düğün Dernek” filmində rol alıb.