Moskvada daha bir avtomobil partladı: Qaz balonu partlayışı?

Moskvada gün ərzində ikinci avtomobil partlayışı baş verib. Bu dəfə hadisə Vernadski prospektində qeydə alınıb.

Rock.News xəbər verir ki, yerli teleqram kanalları təxminən yarım saat əvvəl “Kia” markalı avtomobilin partladığını bildirib.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub. Hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib. Xəsarət alanların olmadığı bildirilir.

Xatırladaq ki, bu gün Yeni Moskvada Radujnaya küçəsində “Land Cruiser” markalı avtomobil yaşayış binasının həyətində partlayıb. Həmin hadisədə də xəsarət alan olmayıb.