MİDA Binəqədidə mənzil satışına başlayır: Qiymətlər açıqlandı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 3-dən Binəqədi Yaşayış Kompleksində 204 mənzilin satışına başlayır. Satış dekabrın 12-də başa çatacaq.

Rock.News xəbər verir ki, satışa çıxarılan mənzillərin qiymətləri belədir:

  • Studio tipli mənzillər – 48 120 manat
  • 2 otaqlı mənzillər – 69 240 manat
  • 3 otaqlı mənzillər – 87 480 manat
  • 4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

Satış prosesi «Güzəştli mənzillərin satışına dair qaydalar»a uyğun aparılacaq. Mənzilin dəyərini ipoteka krediti ilə ödəmək üçün əvvəlcə elektron kabinetdə ilkin razılıq təsdiqlənməlidir.