«Maarifçi»lər işə başladı: Gənclər Nazirlikdə karyera quracaq

«Maarifçi» tələbə-məzun təcrübə proqramının 20 məzunu uğurla işlə təmin olunub. Onlar Elm və Təhsil Nazirliyində karyeralarına başlayırlar.

Rock.News xəbər verir ki, proqram məzunları nazirlik və onun tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələrdə çalışacaqlar.

Proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların sahəvi biliklərinin artırılması, təhsil islahatlarına dəstəkdir.

Ümumilikdə, I, II və III «Maarifçi» proqramları üzrə 44 nəfər köməkçi vəzifələrə qəbul olunub.