İndoneziyada daşqın qurbanları artır: 500-dən çox insan həyatını itirdi

İndoneziyada baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 500 nəfəri ötüb. Axtarış-xilasetmə işləri davam edir.

Rock.News xəbər verir ki, İndoneziyanın Təbii Fəlakətlər üzrə Milli Agentliyi indiyədək 502 nəfərin ölümünü təsdiqləyib. 508 nəfər itkin düşmüş hesab olunur. Son zamanlar İndoneziya, Tailand, Malayziya və Şri-Lankada güclü daşqınlar müşahidə olunur. Şri-Lankada 1 milyondan çox insan daşqınlardan ziyan görüb.