Cəbrayılda yeni məktəb açıldı: 100-dən çox şagird sevindi
Rock.News xəbər verir ki, açılış mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbəri Fuad Bədəlov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Fuad Bədəlov çıxışında məktəbin açılmasının əhəmiyyətini vurğulayıb və təhsilə göstərilən diqqətin nəticəsi olduğunu bildirib.
Məktəbin direktoru Zamiq Həmzəyev də kollektivə uğurlar arzulayıb, yaradılan şərait və təhsil hədəfləri barədə məlumat verib. Mərasim bədii hissə ilə davam edib, iştirakçılar məktəbdəki şəraitlə tanış olublar.
Bu il Horovlu kənd orta məktəbində 103 şagird və 17 müəllim fəaliyyət göstərəcək.