BOKT rəsmiləri cərimələndi: Səbəb Mərkəzi Bankın tələblərini pozmaq?

«Nova Credit BOKT» MMC-nin vəzifəli şəxsi 4 min manat, «BOKT İDK» MMC-nin vəzifəli şəxsi isə 2 min manat cərimə edilib.

Rock.News xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat yayılıb.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində «Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, «Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası»nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə inzibati xəta protokolu tərtib olunub.

Nəticədə, «Nova Credit Bank olmayan kredit təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 4 min manat, «Bank olmayan kredit təşkilatı İDK» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 min manat məbləğində cərimələnib.