Bakıda tıxac olan küçələr AÇIQLANDI: Sürücülərə XƏBƏRDARLIQ
Bakıda hansı küçələrdə tıxac olduğu açıqlanıb. Sürücülər marşrutlarını planlaşdırarkən bu məlumatı nəzərə almalıdırlar.
Rock.News xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Hazırda Bakının aşağıdakı küçə və prospektlərində sıxlıq müşahidə olunur:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
- Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
- Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində.