Azərbaycan və Ruanda təhsil sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Ruanda arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib. Bu saziş iki ölkə arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət edəcək.

Rock.News xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb. Fərmana əsasən, Elm və Təhsil Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan prosedurları yerinə yetirməlidir.

Sözügedən saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.