AMB «Azərbaycan Mikro-Kredit»i cərimələdi: Səbəb nədir?
Azərbaycan Mərkəzi Bankı (AMB) «Azərbaycan Mikro-Kredit» Bank Olmayan Kredit Təşkilatının (BOKT) vəzifəli şəxsini 10 min manat məbləğində cərimələyib.
Rock.News xəbər verir ki, bu barədə məlumatı AMB-yə istinadən «APA-Economics» yayıb.
Cəriməyə səbəb kimi AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində «Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və «Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası»nın 3.3-cü bəndinin tələblərinin pozulması göstərilib. Bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq edilib.