«Abşeron» Ticarət Mərkəzi sahibkarlara dəstək əlini uzatdı: Yeni imkanlar vəd edilir
Rock.News xəbər verir ki, müzakirədə dövlət qurumları və 100-ə yaxın sahibkar iştirak edib. İştirakçılar mərkəzin imkanları ilə tanış olub, yeni şəhərsalma trendlərinə hazırlığını yüksək qiymətləndiriblər.
Mərkəzin marketinq komandası bildirib ki, tikinti sektorunda gözlənilən böyümə mövcud bizneslərə təhdid yaratmayacaq. «Abşeron» Ticarət Mərkəzi topdan və pərakəndə satışla məşğul olanlar üçün ideal platformadır. Onun əlverişli logistikası və gömrük imkanları sahibkarlara rahatlıq vəd edir.
Mərkəzin üstünlükləri sırasında regionlara və Bakı ətrafına rahat çıxış imkanları, müntəzəm ictimai nəqliyyat və pulsuz parkinq də var. Avtovağzalda gündəlik 30-a yaxın istiqamət üzrə 115 reyslə 700-dən çox sərnişin hərəkət edir.
Bundan əlavə, mərkəz yanğından mühafizə, təhlükəsizlik, sığorta və anbar xidmətləri də təklif edir. Kiçik bizneslərə sosial media marketinqi təlimləri keçirilir, səhifələrinin yaradılmasına kömək göstərilir və müxtəlif sərgilərdə iştiraklarına dəstək verilir.
«Abşeron» Ticarət Mərkəzi həm də müasir şəhərsalma trendlərini dəstəkləyir. Şəhər mərkəzlərindən kənarda yerləşməklə əhaliyə və nəqliyyata maneə yaratmır, geniş çeşid və rahat fəaliyyət imkanı təmin edir. 300 hektara yaxın ərazidə 1500-dən çox mağaza yerləşir. Mərkəz Avropa və Yaxın Şərq ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
İştirakçılara mərkəzin ticarət və xidmət infrastrukturunun yenilənməsində biznesə əlverişli şərait yaratdığı vurğulanıb.