ABŞ-da hava limanlarında xaos: 8000-dən çox uçuş təxirə salındı

ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 8000-dən çox uçuş təxirə salınıb və ya gecikib. Bu, ölkənin bir çox hava limanlarında ciddi problemlərə yol açıb.

Rock.News xəbər verir ki, noyabrın 30-da 7460 uçuş təxirə salınıb, 664 uçuş isə tamamilə ləğv edilib. Hava şəraitinin ən çox təsir etdiyi hava limanları Boston, Detroyt, Minneapolis, Nyu-York və Çikaqoda yerləşir.

Gecikmələr və ləğvlər sərnişinlərin səyahət planlarını pozub, hava limanlarında uzun növbələr və narazılıqlar yaranıb. Hava xidmətləri yaxın günlərdə vəziyyətin normallaşacağını proqnozlaşdırır.