Şri-Lankada daşqın: Ölənlərin sayı 200-ə çatır, itkinlər var

Şri-Lankada güclü siklonun yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 193-ə yüksəlib. Paytaxtın bəzi ərazilərində sel suları ilə mübarizə davam edir.

Rock.News xəbər verir ki, Fövqəladə Halların İdarəolunması Mərkəzi qarşıdakı günlərdə Ditvah siklonunun daha güclü yağışlara səbəb olacağını və 220-dən çox insanın itkin düşdüyünü bildirib.

Şri-Lankanın "Daily Mirror" qəzeti itkin düşənlər arasında ölkənin şimal-şərqində yerləşən Çalai Laqunundakı Hərbi Dəniz Qüvvələrinin yarımstansiyasında daşan suyu yönləndirməyə çalışarkən sonuncu dəfə görülən beş dənizçinin də olduğunu yazıb. Mərkəzin məlumatına görə, güclü hava şəraiti ölkə üzrə təxminən 15 min evi dağıdıb və 44 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.