Qəzzada vəziyyət ağırdır: Analar çarəsiz vəziyyətdədir

Qəzzada səhiyyə sistemi çökmək üzrədir. Həkim Asil Cəllad bildirib ki, analar yaxınlarının təhlükəsizliyi, resursların çatışmazlığı və 70 mindən çox insanın ölümünə baxmayaraq, uşaq dünyaya gətirməyə davam edirlər.

Rock.News xəbər verir ki, Qəzzada vəziyyət günü-gündən pisləşir. Həkimlər doğuş zamanı lazımi tibbi yardımı göstərməkdə çətinlik çəkirlər. Xəstəxanalar doludur, dərman və tibbi ləvazimatlar isə tükənmək üzrədir.