Laçına yeni həyat: Şəlvə və Pircahan kəndləri bərpa olunur
Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti işləri 2026-cı ildə başlayacaq. Bu barədə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib.
Rock.News xəbər verir ki, Məmmədov bu açıqlamanı «MDB-nin mədəniyyət paytaxtı – 2025» ilinin bağlanış mərasimindən sonra jurnalistlərə verib.
Xüsusi nümayəndə qeyd edib ki, Laçın şəhərində 2023-cü ildə təməli qoyulan yeni yaşayış məhəlləsinin layihələndirmə işləri artıq başa çatıb. Gələn ildən etibarən yeni yaşayış məhəllələrinin tikintisinə başlanılması və Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, Güləbird kəndində də bərpa-tikinti işləri davam etdirilir.