Honq-Konqda dəhşətli yanğın: Ölənlərin sayı 146-ya yüksəldi

Honq-Konqda baş verən dəhşətli yanğında ölənlərin sayı 146-ya yüksəlib. Xilasetmə qrupları bazar günü yanğın yerində daha 18 cəsəd tapıb.

Rock.News xəbər verir ki, bu barədə «South China Morning Post» qəzeti polis nümayəndəsinə istinadən məlumat yayıb.

Yanğın hadisəsi çərşənbə günü Honq-Konqun Yeni Ərazilər adlanan Tay Po rayonunda yerləşən səkkiz hündürmərtəbəli yaşayış binasından ibarət «Wang Fuk Court» kompleksində baş verib. Binalardan biri demək olar ki, zərər görməyib, digər yeddisini isə alov bürüyüb. Alov həmin binalarda kosmetik təmir işləri üçün quraşdırılmış bambuk konstruksiyalı tikinti materialları boyunca yayılıb. Kompleksdə təxminən 2 min mənzil var və burada 4 minə yaxın insan yaşayır.