Vaşintonda Milli Qvardiya əsgərlərinə hücum edən şəxsə qarşı ittihamlar artırılacaq
Vaşinqtonda Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə hücum edən şəxsə qarşı irəli sürülən ittihamlar artırılacaq.
Rock.News xəbər verir ki, bu barədə Kolumbiya Dairəsinin prokuroru Canin Pirro "Fox News" telekanalına verdiyi açıqlamada bildirib.
Prokuror Pirro əlavə ittihamların irəli sürüləcəyini və ilkin ittihamların da artırılacağını qeyd edib.
Xatırladaq ki, noyabrın 26-da Vaşinqtonda, Ağ Evdən bir neçə blok aralıda baş verən atışma nəticəsində iki Milli Qvardiya əsgəri yaralanmışdı.