Türkiyə və Ermənistan nazirləri iqtisadi əməkdaşlığı müzakirə ediblər
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı və Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan birgə görüş keçiriblər. Görüşdə qida və su israfının iqtisadi məsrəfləri müzakirə olunub.
Rock.News xəbər verir ki, bu barədə İbrahim Yumaklı özünün "X" hesabında paylaşım edib. Nazirlər tədarük zəncirindəki itkilər və istehsalın səmərəliliyini də müzakirə ediblər.
Yumaklı qeyd edib ki, tərəflər resursların qorunması və iqtisadi səmərəliliyin artırılması üçün əməkdaşlığı gücləndirməyə qərarlıdırlar.