Tramp və Maduro ABŞ-da görüşmək imkanını müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə ABŞ-da görüşmək ehtimalını müzakirə edib.

Rock.News xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp və Maduro arasında ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə telefon danışığı baş tutub. Söhbət zamanı iki lider arasında ABŞ-da görüşün təşkili ehtimalı qaldırılıb, lakin hazırda belə bir görüş üçün heç bir plan yoxdur.

Ağ Evin mətbuat xidməti xəbərlə bağlı şərh verməkdən imtina edib.