Tramp Baydenin avtomatik qələmlə imzaladığı sərəncamları ləğv etdi
ABŞ Prezidenti Donald Tramp, sələfi Co Baydenin avtomatik qələmlə imzaladığı bütün sərəncamları ləğv edib.
Rock.News xəbər verir ki, Tramp bu barədə özünün "Truth" hesabında məlumat yayıb. O, Baydenin avtomatik qələmlə imzaladığı sənədlərin təxminən 92%-nin artıq ləğv edildiyini və qüvvədə olmadığını bildirib.
Trampın sözlərinə görə, avtomatik qələmdən istifadə yalnız ABŞ prezidenti tərəfindən birbaşa icazə verildikdə mümkündür. O, Demokratların faktiki olaraq prezidentlik səlahiyyətlərini Baydendən aldığını iddia edib.
Tramp qeyd edib ki, Co Bayden tərəfindən birbaşa imzalanmayan bütün icra sərəncamları və digər sənədlər ləğv edilib, çünki avtomatik qələmi idarə edən şəxslər qanunsuz hərəkət ediblər.