Tbilisidə müxalifət lideri məhkəmə binasını yandırmağa cəhd edərkən saxlanılıb
Gürcüstanda müxalifət lideri Aleko Elisaşvili Tbilisi Şəhər Məhkəməsinin binasını yandırmağa cəhd edərkən tutulub.
Rock.News xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aparılan istintaq zamanı məlum olub ki, Elisaşvili səhər saatlarında məhkəmə binasının pəncərəsini sındıraraq içəri daxil olub. O, benzin tökərək binanı yandırmağa cəhd edib.
Müxalifətçi hadisə yerində Məhkəmə İcraçıları Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılma zamanı o, müqavimət göstərib və nəticədə xəsarətlər alıb. Qarşıdurma zamanı xəsarət alan Xidmət əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib. Faktla bağlı istintaq davam edir.