Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 2-yə yüksəldi, 15 nəfər yaralandı

Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı artaraq ikiyə çatıb, 15 nəfər isə yaralanıb. Şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Rock.News xəbər verir ki, bu barədə Kiyev meri Vitaliy Kliçko öz sosial media hesabında məlumat yayıb.

Hücumlar nəticəsində şəhərin müxtəlif ərazilərində yaşayış binalarına ziyan dəyib və bir neçə yerdə yanğın baş verib. Dövlət Təcili Yardım Xidməti üçü uşaq olmaqla 52 nəfəri təxliyə edib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, hücumlar şəhərin Darnitski və Şevçenkivski rayonlarında çoxmərtəbəli binalara və fərdi evlərə ziyan vurub. Mer Vitali Kliçko isə hücumların Solomyanski rayonunda 25 mərtəbəli yaşayış binasının birinci və ikinci mərtəbələrində yanğına səbəb olduğunu qeyd edib.