Qara dənizdə zərbə alan "VIRAT" gəmisi Türkiyəyə gətiriləcək

Qara dənizdə pilotsuz dəniz vasitəsinin hücumuna məruz qalan "VIRAT" gəmisi dekabrın 1-də Türkiyəyə gətiriləcək.

Rock.News xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsi məlumat yayıb.

Qurumun "X" hesabından edilən paylaşımında gəminin yedəyə alınması işlərinin davam etdiyi bildirilib.