Nazir Uraloğlu: Misirdən Rusiyaya gedən "KAIROS" gəmisində yanğın davam edir

Misirdən Rusiyaya doğru hərəkət edən "KAIROS" adlı gəmidə baş vermiş yanğın hələ də davam edir.

Rock.News xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir Uraloğlu partlayışın baş verdiyi gəmi ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Onun sözlərinə görə, digər bir gəmi olan "VIRAT"-da isə yanğın olmayıb. Kapitan pilotsuz qayıq ilə hücum olduğunu bildirərək kömək istəyib.