Kuba ABŞ-ı Karib hövzəsində elektromaqnit müdaxiləsində ittiham edib
Kuba ABŞ-ı Karib hövzəsindəki hərbi fəaliyyətləri zəminində bölgədə elektromaqnit maneələri yaratmaqda ittiham edib.
Rock.News xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriqes Parrilya məlumat yayıb. Nazir ABŞ-ın Venesuela hava məkanında davam edən elektromaqnit müdaxiləsini qınayıb.
Onun sözlərinə görə, bu addımlar ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi "hərbi təcavüzün və psixoloji müharibənin" növbəti eskalasiyasıdır.