Konqoda göldə qayıq batdı: 19 nəfər həlak oldu, axtarışlar davam edir
Konqo Demokratik Respublikasında May-Ndombe gölündə baş verən qayıq qəzası nəticəsində azı 19 nəfər həlak olub. Göyərtəsində təxminən 200 nəfərin olduğu ehtimal edilən qayıq güclü külək səbəbindən çevrilib.
Rock.News xəbər verir ki, xilasetmə işləri davam etdirilir. May-Ndombe vilayətinin qubernatoru Nkoso Kevani Lebonun sözlərinə görə, indiyədək sudan 19 cəsəd çıxarılıb, 82 nəfər sağ tapılıb.
Qubernator əlavə edib ki, itkin düşənlərin dəqiq sayı hələ müəyyən olunmayıb. Hadisə barədə Reuters məlumat yayıb.