İsrail Suriyada Beyt Can bölgəsini atəşə tutub, nəticədə 20 nəfər ölüb

İsrail ordusunun Suriyanın Dəməşq əyalətində yerləşən Beyt Can şəhərinə endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub.

Rock.News xəbər verir ki, bu barədə Suriya TV Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Məlumata əsasən, cümə günü İsrail ordusu Suriyanın Beyt Can bölgəsinə hava hücumları təşkil edib və artilleriya atəşi açıb.

Həmçinin, İsrail hərbi patrulunun əraziyə daxil olduğu və patrulla yerli sakinlər arasında toqquşmaların baş verdiyi bildirilir. Bundan əvvəl hadisə zamanı qadınlar və uşaqlar da daxil olmaqla 13 nəfərin həlak olduğu, 25 nəfərin isə yaralandığı barədə məlumat yayılmışdı.