İranlı general: 12 günlük müharibədə İsrailin 196 təyyarəsi vurulub

İran Ordusu Hava Hücumundan Müdafiə Qüvvələrinin komandan müavini briqada generalı Rza Xace bildirib ki, 12 günlük müharibə ərzində İsrailin 196 təyyarəsi və pilotsuz uçuş aparatı (PUA) vurulub.

Rock.News xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. General Xace münaqişə zamanı ən azı 33 ölkənin İsrailə yardım etdiyini də qeyd edib.