Poçt bağlamaları büdcəyə aylıq yarım milyon manat gəlir gətirir

Hər gün orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir.
Rock.News xəbər verir ki, bu barədə Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin Logistika Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ilin yanvar ayından etibarən poçt bağlamalarına Risk Analiz Sistemi (ARAS) vasitəsilə gömrük nəzarəti həyata keçirilir. Rövşən Mahmudzadə qeyd edib ki, gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur və daşıyıcı şirkətlər tərəfindən bağlamalar gömrük yoxlamasına təqdim edilir. O əlavə edib ki, ARAS-ın istifadəyə verilməsindən sonra cari ildə dövlət büdcəsinə 300 min manatdan çox əlavə gömrük ödənişləri daxil olub. Ay ərzində bağlamalarla bağlı yarım milyon manatdan çox gömrük ödənişi büdcəyə daxil olur.