Milli Məclis 2026-cı ilin büdcə zərfini ikinci oxunuşda qəbul edəcək

Azərbaycan Milli Məclisinin dekabrın 2-də və 3-də keçiriləcək iclaslarının gündəliyi açıqlanıb. İclaslarda 2026-cı ilin büdcə zərfi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Rock.News xəbər verir ki, gündəliyə daxil edilmiş məsələlər sırasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında", "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələri də var. Bundan əlavə, "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri də müzakirə olunacaq. Həmçinin, bir sıra qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılacaq.