MİDA Naxçıvanda yeni yaşayış kompleksi inşa edəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan şəhərində yeni yaşayış kompleksinin inşasına başlayacaq.
Rock.News xəbər verir ki, bu barədə MİDA-nın mətbuat katibi Diana Dadaşova məlumat verib. Hazırda yaşayış kompleksinin layihələndirmə işləri aparılır. Bundan əlavə, MİDA Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 2,31 hektar ərazidə yeni binaların tikintisinə başlayıb. Hövsan qəsəbəsində 5,83 hektar və Abşeronun Saray qəsəbəsində 4,5 hektar ərazidə də yeni yaşayış komplekslərinin tikintisinə başlanılması üçün sənədləşmə işləri aparılır.