Hava nəqliyyatı ilə yük daşınması həcmi açıqlandı
Son məlumatlara görə, hava nəqliyyatı vasitəsilə bir gün ərzində orta hesabla 80 ton idxal, 5 ton ixrac və 600 ton tranzit-transfer yük gömrük rəsmiləşdirilməsindən keçirilir.
Rock.News xəbər verir ki, bu barədə Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin Logistika Mərkəzinin gömrük postunun rəisi Rövşən Mahmudzadə məlumat verib.
Onun sözlərinə görə, daşınan yüklər əsasən ABŞ, Avropa ölkələri və Birləşmiş Ərəb Əmirlikləri istiqamətindən gətirilir.
Logistika Mərkəzi ölkə ərazisinə idxal və ixrac olunan, həmçinin tranzit daşınan yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirir. Gömrük rəsmiləşdirilməsi Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) vasitəsilə reallaşdırılır.