Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin yanvar-oktyabr aylarında 2,99 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% artıb.
Rock.News xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatında bildirilir. 2025-ci ilin yanvar-oktyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına çatıb. İxrac olunan şəkər 49,6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22,8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar isə 3,8% artıb. Cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına yüksəlib. Ümumilikdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 milyard ABŞ dolları təşkil edib.