Azərbaycana qanunsuz valyuta idxalının qarşısı alındı
Bu ilin ilk altı ayında gömrük yoxlamaları zamanı 1 234 inzibati xəta və 54 cinayət faktı aşkarlanıb.
Rock.News xəbər verir ki, bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə media turu zamanı Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli məlumat verib.
Onun sözlərinə görə, həmin dövrdə ümumilikdə 261 412 ABŞ dolları, 21 728 avro və 100 000 funt sterlinq məbləğində qanunsuz valyutanın ölkəyə gətirilməsinin qarşısı alınıb.
Həmçinin, 145 qutu güclü təsiredici dərman, 1 520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü və 1 185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb.
Bundan əlavə, 1 337 karat brilliant və 1 544 qram qızılın qeyri-qanuni yollarla ölkəyə gətirilməsi halları müəyyən edilib.