Qida sektorunda 33 dövlət standartı layihəsi müzakirə edildi

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən yaradılan “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 33) növbəti toplantısı keçirilib.

Rock.News xəbər verir ki, iclasda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan 33 dövlət standartı layihəsi müzakirə edilib. Bu layihələr süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və digər sahələrə aiddir. Həmçinin, dövri yoxlanılması aparılacaq standartlara nəzər salınıb. Dörd yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr aparılıb və üzvlərin rəy və təklifləri dinlənilib.

AZSTAND/TK 33-ə səs çoxluğu ilə yeni üzvlər qəbul olunub. Komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.